Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 5 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsində gənclərə əlverişli mühitin yaradılması və müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşdırılması, həmçinin ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə töhfə verilməsi məqsədilə 2 komponentdən ibarət olan maarifləndirmə və bacarıqların inkişafını əhatə edən “MEDİAlab” layihəsi həyata keçirilir.
- Maarifləndirmə - gənclərin rəqəmsal media mühitinin tələblərinə uyğun nəzəri biliklərlə təkmilləşdirilməsi istiqamətində seminar, təlim, vörkşop və şəbəkələşmə tədbirlərinin təşkili;
- Bacarıqların inkişafı - Media sahəsində innovasiya, texnologiya, rəqəmsallaşma istiqamətində gənclərdə bacarıqların inkişaf etdirilməsi istiqamətində müxtəlif layihə, proqram və müsabiqələrin təşkili.
Layihə çərçivəsində gənclərin rəqəmsal media mühitinin tələblərinə uyğun nəzəri biliklərinin təkmilləşdirilməsi üçün seminar, təlim və şəbəkələşmə tədbirlərinin, həmçinin media sahəsində innovasiya, texnologiya, rəqəmsallaşma istiqamətində gənclərdə praktik bacarıqların inkişaf etdirilməsi üçün müxtəlif layihə, proqram və müsabiqələrin təşkili nəzərdə tutulur.