Peşəkar İnkişaf Proqramları haqqında

Müasir media mühitində dəyişən tendensiyaları əsas götürərək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə müvafiq olaraq mediada kadr potensialının artırılması və peşəkar mütəxəssislərin hazırlanması istiqamətində fəaliyyət göstərir.

Agentlik media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi və müvafiq sahədə mütəxəssislərin hazırlanması üzrə peşəkar və sahəvi jurnalistika təlimləri, media subyektlərinin texniki heyəti üçün ixtisaslaşma proqramları, eyni zamanda gənc kadrların inkişafı üçün müxtəlif layihələr təşkil edir.

Fəaliyyətimiz

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 70-dən çox yerli və beynəlxalq təlimçilərin iştirakı ilə təşkil etdiyi müxtəlif təlim və ixtisasartırma proqramlarında cari müddətə qədər 600-ə yaxın media nümayəndəsi iştirak etmişdir.

Peşəkar jurnalistika

Media sahəsində jurnalistlərin fərdi peşəkarlığının artırılması istiqamətində təşkil edilən təlimlər
“Mediada islahatlara doğru”
2021-ci il 14-10 iyul
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 2021-ci il 14-10 iyul tarixlərində 75 media qurumunun rəhbər üzvünün iştirakı ilə müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan vermək məqsədilə ADA Universitetində “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar keçirilmişdir. Seminarlarda “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi”, “Gündəmi necə qurmalı: praktiki yanaşmalar”, “Müasir media mühitinə baxış” və digər mövzularda həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri məruzələrlə çıxış etmişdir.
“Qabaqcıl televiziya proqramlaşdırması”
2021-ci il 23 oktyabr-04 noyabr
Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin və Türkiyənin Nişantaşı Universiteti ilə birgə 2021-ci il 23 sentyabr - 4 noyabr tarixində 70-ə yaxın media nümayəndəsinin iştirakı ilə “Qloballaşma və televiziya”, “Xəbər yazma texnikası”, ”Kinematoqrafiya”, “Canlı yayım komandasının birgə fəaliyyəti”, “Televiziya jurnalistikası”, “Ənənəvi televiziya proqramları”, “Ssenarinin yazılması”, “Hazırlıq və çəkiliş proseslərində istifadə olunan avandanlıqlar”, “Çəkiliş prosesi”, “Dublyaj və musiqi”, “Tətbiqdən sonrakı yayım prosesləri” mövzularında onlayn təlimlər təşkil edilmişdir.
“Natiqlik və sosial media ilə ünsiyyət”
2022-ci il 15 aprel
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm - Tədris Mərkəzində tabe prokurorluqlarda 2022-ci il 15 aprel tarixində media subyektləri ilə əlaqələrə məsul əməkdaşlar üçün peşə biliklərinin artırılması və sosial media ilə peşəkar davranışın müasir tələblərə uyğunlaşdırılması məqsədilə “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda əyani və distant olmaqla təlim keçirilib.
“Sosial media jurnalistin məlumat mənbəyi kimi”
2022-ci il 14 iyun
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının təşkilatçılığı ilə müxtəlif media subyektlərinin nümayəndələri, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələr, həmçinin MEDİA könüllüləri üçün 2022-ci il 14 iyun tarixində “Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda vebinar keçirilmişdir.
“Publisistika və köşə yazarlığı”
2022-ci il 16 iyun
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2022-ci il 16 iyun yarixində media nümayəndələri üçün peşəkarlığın artırılması məqsədi ilə “Publisistika və köşə yazarlığı” mövzusunda seminar keçirilmişdir.
“Rəqəmsal media və kommunikasiya”
2022-ci il 01 oktyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2022-ci il 1 oktyabr tarixində bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələri üçün kommunikasiya üzrə beynəlxalq təcrübəyə malik Tatyana Ravallinin iştirakı ilə “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilmişdir.
“Rəqəmsal media və kommunikasiya”
2022-ci il 05 noyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2022-ci il 5 noyabr tarixində ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələri üçün kommunikasiya üzrə beynəlxalq təcrübəyə malik Tatyana Ravallinin iştirakı ilə “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilmişdir.
“Etika, müəllif hüquqları və jurnalistika”
2022-ci il 18 noyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 2022-ci il 18 noyabr tarixində təlimçi Tülin Daloğlu tərəfindən media nümayəndələri üçün “Media məzmununun etik və peşəkar şəkildə idarə edilməsi”, “Mənbənin konfidensiallığı: Etik və hüquqi məsələlər”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Müəlliflik hüququ: Eksklüziv hüquqlar və müəllif hüquqlarının pozulması” və s. mövzularında təlim təşkil edilmişdir.
"Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri"
2022-ci il 25 noyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci il 25 noyabr tarixində çap mediası subyektlərinin nümayəndələri üçün DHA, “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadenizin iştirakı ilə "Çap mediasında yeni texnologiyaların tətbiqi: İnnovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”, “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması”, “Müasir oxucunun tələblərinə uyğun məzmunun təqdimatı” mövzularında təlim təşkil edilmişdir.
“Yeni media mühiti və rəqəmsal kommunikasiya”
2022-ci il 16 dekabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci il 16 dekabr tarixində ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan tələbələri üçün kommunikasiya üzrə beynəlxalq təcrübəyə malik Tatyana Ravallinin iştirakı ilə “Yeni media mühiti və rəqəmsal kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilmişdir.
"Rəqəmsal jurnalistika"
2023-cü il 23-26 yanvar
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il 23-26 yanvar tarixlərində jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilmək məqsədilə “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson tərəfindən “Rəqəmsal jurnalistika” təlimlərinə başlanılmışdır. Təlimçi “Biznes planlarının və redaksiya siyasətinin rəqəmsal strategiyaya uyğunlaşdırılması”, “Rəqəmsal media kampaniyalarının yaradılması, düzgün auditoriyaya çatdırılması və izlənilməsi”, “Analitikaya əsaslanan rəqəmsal media: daha çox kütləyə çatmaq üçün data əsaslı əməliyyatların optimallaşdırılması” mövzularında çıxış etmişdir.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün silsilə təlimlər
2023-cü il 24-28 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə 2023-cü il 24-28 aprel tarixlərində təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün “Müasir qlobal media trendləri”, “Media-kommunikasiya”, “Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi”, Müasir qlobal media trendləri”, “Media-kommunikasiya”, “Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi”, “Ənənəvi medianın çətinlikləri və imkanları”, “Sosial media alətləri ilə işləmək”, “Çap mediasında ənənəvi medianın çətinlikləri və imkanları” mövzularında təlim təşkil edilmişdir.
"Media savadlılığı"
2023-cü il 22 may
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il 22 may tarixində təhsil işçiləri üçün “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera İtaliana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd tərəfindən "Media savadlılığı" mövzusunda təlim keçirilmişdir.
"Media savadlılığı"
2023-cü il 23 may
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il 23 may tarixlərində media nümayəndələri üçün “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera İtaliana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd tərəfindən "Media savadlılığı" mövzusunda təlim keçirilmişdir.
"Rəqəmsal mediada “storytelling” və müasir publisistika"
2023-cü il 13-14 iyun
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il 13-14 iyun tarixlərində media nümayəndələri üçün 360 dərəcəli məzmun tərtibatına dair bacarıqların artırılması və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsi məqsədilə “Haber Global”ın mütəxəssisi Can Mumay tərəfindən multimedia vasitələrindən istifadə edərək jurnalistika fəaliyyəti ilə məşğul olma, müasir mediada məzmunun daha interaktiv formada təqdim olunması imkanları, şəkillər, videolar, infoqrafika və səs effektləri kimi bir çox elementləri bir araya gətirərək xəbərlərin təsvir edilməsi istiqamətlərində təlim keçirilmişdir.
"Media və hibrid təhdidlər"
2023-cü il 20 iyun
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il 20 iyun tarixində media nümayəndələri üçün Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekäle, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və Fövqəladə Təchizat Təşkilatı “Mediapooli”də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen tərəfindən “Media və hibrid təhdidlər” mövzusunda seminar təşkil edilmişdir. Seminar zamanı “Media savadlılığı”, “Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, uğurlu nümunələr”, “Keçid periodunda media”, “İnformasiya manipulyasiyasının təsviri, informasiya manipulyasiyası üçün ilkin şərtlər”, “Medianın rolu: jurnalistika və qərar qəbul edənlər arasında əlaqə”, “İnformasiya manipulyasiyasına qarşı dayanıqlılıq: hökumət tərəfindən əks tədbirlər daxil olmaqla bütün cəmiyyət yanaşması”, “Finlandiyada ənənəvi medianın situasiya məlumatlılığının təhlili”, “Finlandiyada jurnalistika infrastrukturu: Xəbər mediasına güvən” istiqamətlərində məlumat verilmişdir.
“Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər mənbələri: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar”
2023-cü il 27-28 sentyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 27-28 sentyabr 2023-cü il tarixlərində media nümayəndələri üçün “Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər mənbələri: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzusunda təlim keçirilmişdir. Azərbaycan Respublikası Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev tərəfindən “Xarici siyasətdə medianın rolu: 44 günlük Vətən müharibəsində və son lokal anti-terror tədbirlərində yerli və xarici medianın fəaliyyəti; Dövlət kommunikasiyası”, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və ADA Universitetinin prorektoru, Diplomatiya və İnkişaf İnstitutunun direktoru Fariz İsmayılzadə tərəfindən “Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzularında çıxışlar edilmişdir. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
“Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması”
2023-cü il 28-30 oktyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il 28-30 oktyabr tarixlərində media nümayəndələri üçün “Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması” mövzusunda təlim keçilib. Təlim çərçivəsində Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli informasiya texnologiyalarının inkişafı kontekstində media, sosial şəbəkələr, rəqəmsal media kontentinin xüsusiyyətləri, rəqəmsal mühitdə media brendinin və jurnalist nüfuzunun qorunması, sosial şəbəkələrdə redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalistin etik məsuliyyəti və öhdəliyi, “Türk Medya”nın 24 TV kanalında aparıcı, “Axşam” qəzetinin elektron versiyasında yazar olaraq çalışan Ezgi Aşık isə jurnalistin sosial media hesabının idarə edilməsindən, onun sosial mediadakı şəxsi fikirlərinin qurumun fəaliyyətinə təsirindən, sosial medianın trendlərindən bəhs edib.
Audiovizal media subyektlərinin texniki heyəti üçün “kamera” və “işıq”
2023-cü il 18-22 dekabr
Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü il 18-22 dekabr tarixinlərində audiovizual media subyektlərinin texniki heyəti üçün iki moduldan ibarət təlimlər təşkil edilib. “Televiziyada işıq və kameranın istifadəsi” modulu çərçivəsində Daxili İstehsalat İdarəsinin İşıq Xidmətində işıqlandırma üzrə dizayner və icraçı vəzifəsində çalışan Cengiz Çifci və TRT-də baş operator vəzifəsində çalışan Zafer Sevener tərəfindən şıq və onun xüsusiyyətləri, işıqdan düzgün istifadə və onun əhəmiyyəti, işıqlandırmada texniki və bədii tələblər, işıq filtrləri və aksesuarları, kameranın əsas hissələri, linzalar, şəkilə effektlər, kamera hərəkətləri və onlar üçün istifadə olunan alətlər, əsas çəkiliş tərzləri, çərçivə qaydaları və kompozisiya mövzularında məlumat verilib.
"Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media prespektivində"
2024-cü il 13 mart
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün 2024-cü il 13 -14 mart tarixlərində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda ilk təlim keçilib. İngilis dilində keçirilən təlimdə bərpa olunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç “İqlim dəyişikliyinin elmi əsasları”, “Bərpa olunan enerji: texnologiya və inkişaf”, ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi, təlimçi Əhməd Hümbətov isə “Mədən yanacaqları: onlar ətraf mühitə nə qədər mənfi təsir göstərir və biz həqiqətən onlarsız keçinə bilərikmi?”, “İqlim dəyişikliyinin iqtisadi və siyasi aspektləri” sessiyalarında media nümayəndələri ilə geniş müzakirələr aparıb.

Sahəvi jurnalistika

Sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədilə təşkil edilən təlimlər
"Böhran vəziyyətlərində jurnalistika"
2021-ci il 12-14 iyul
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin tərəfdaşlığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Anadolu Agentliyinin Xəbər Akademiyası və Türkiyə Radio Televiziya Qurumunun təşkilatçılığı ilə 2021-ci il 12-14 iyul tarixlərində “Zoom” platforması üzərindən "Böhran vəziyyətlərində jurnalistika” Beynəlxalq Onlayn Təlim Proqramı təşkil edilmişdir. Azərbaycan Respublikasının çap, onlayn və audiovizual media subyektlərini təmsil edən 20 jurnalistin iştirak etdiyi təlimlərdə “Böhran və münaqişə bölgələrində jurnalistika”, “Dezinformasiyaya qarşı mübarizə”, “Yalan məlumatların artmasında sosial şəbəkələrin rolu”, “Jurnalistika və etika”, “Münaqişə bölgələrində humanitar hüquq və prinsiplər”, “Beynəlxalq hüququn pozulması anlayışı”, “Axtarış və xilasetmə işləri barədə məlumatlandırma”, “Fəlakətdən xilas olan ailələrinin ehtiyac duyduğu məlumatlar”, “Münaqişə mühitində jurnalistin təhlükəsizliyi və psixologiyası”, “Böhran və münaqişəli bölgələrdən xəbər çatdırmağın yolları” və s. mövzularda media nümayəndələrinə Türkiyə Radio Televiziya Qurumunun (TRT) mütəxəssisləri tərəfindən mühazirələr oxunmuşdur.
“Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları”
2021-ci il 01-05 avqust
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə 2021-ci il 1-5 avqust tarixlərində Əl Cəzirə Media Şəbəkəsi Azərbaycan media nümayəndələri üçün 2021-ci il 01-05 avqust tarixlərində “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı təşkil edilmişdir. Proqram çərçivəsində media nümayəndələri üçün “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması”, “Xəbər toplamaqda riskin qiymətləndirilməsi”, “Ballistik təhlükə”, Şəxsi təhlükəsizlik”, “Zərərçəkənlərin qiymətləndirilməsi”, “Nümayiş və İctimai Qarışıqlıq”, “Minalar və əldə hazırlanmış partlayıcı qurğular haqqında məlumat”, “Yara və qanaxmanın idarə olunması”, “Səyahət Təhlükəsizliyi”, “Hava Hücumu və dron haqqında məlumat”, “Bədəndə yaranmış qırıq hallarının idarə olunması”, “Yanğının idarə olunması”, “Qaçırılma və Xüsusi risklər”, “Praktiki və Təlim Reviziyası”, “Planlaşdırma və Risk qiymətləndirmə Testi”, “Yekun Praktiki Ssenari test” mövzularında təlimlər keçirilmişdir.
“Hərbi jurnalistika”
2021-ci il 09-20 avqust
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Anadolu Agentliyi, Türkiyə Polis Akademiyası, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin təşkilatçılığı ilə Ankarada 2021-ci il 9-20 avqust tarixlərində 24 media nümayəndəsinin iştirakı ilə “Hərbi jurnalistika” təlim proqramı təşkil edilmişdir. Təxminən 60 faizi praktiki hissədən ibarət olan dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda təlimlər keçirilmişdir.
“Media və təhsil dialoqu”
2021-ci il 16-17 sentyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Təhsil Nazirliyi tərəfindən 2021-ci il 16-17 sentyabr tarixlərində təhsildən yazan media nümayəndələrinin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılması məqsədilə “Media və təhsil dialoqu” çərçivəsində təlim keçirilmişdir.
“Təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım”
2021-ci il 04-08 oktyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən 2021-ci il 4-8 oktyabr tarixlərində media nümayəndələri üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilmişdir. Təlimlərə müxtəlif media subyektlərindən 40-dək nümayəndə qatılmışdır.
“Məişət zorakılığı media müstəvisində”
2021-ci il 19-22 oktyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə 2021-ci il 19-22 oktyabr tarixlərində məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində media nümayəndələri və jurnalistika fakültəsinin tələbələri üçün bununla bağlı xəbərlərin düzgün işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmlərinə dair lazımi məlumatların çatdırılması, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə biliklərin artırılması məqsədilə "Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində “Məişət zorakılığı media müstəvisində” mövzusunda beynəlxalq təlimlər təşkil edilmişdir.
“Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və perspektivlər”
2021-ci il 07 dekabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə 2021-ci il 7 dekabr tarixində ölkəmizdə sahəvi jurnalistikanı inkişaf etdirmək, media təmsilçilərinin bu sahədə daha dolğun məlumatlanmasını təmin etmək məqsədilə “Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və perspektivlər” mövzusunda silsilə təlimlər təşkil edilmişdir.
“Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu”
2021-ci il 14 dekabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 2021-ci il 14 dekabr tarixində kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün icbari tibbi sığorta mövzusunu işıqlandıran media mənsublarına bu sahəni daha dolğun əks etdirmələri üçün ətraflı məlumat vermək, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək, habelə qeyri-hökumət təşkilatları ilə tərəfdaşlığı gücləndirmək məqsədilə “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” adlı təlim keçirilmişdir
"Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər”
2022-ci il 24-25 yanvar
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə 2022-ci il 24-25 yanvar tarixlərində media nümayəndələrinin gömrük sahəsindəki biliklərinin artırılması məqsədilə media nümayəndələri üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim keçirilib.
“Müharibədən sonrakı reallıqlar və media”
2022-ci il 24 yanvar
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 2022-ci il 24 yanvar tarixində Azərbaycandakı media nümayəndələrinin müharibədən sonrakı dövrdəki fəaliyyətlərinə töhfə vermək məqsədilə “Müharibədən sonrakı reallıqlar və media” təlim proqramı istiqamətində “Azərbaycanın müharibədən sonrakı dövrədə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi” , “Media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı” və “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında təlim təşkil edilmişdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
2022-ci il 02 mart
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC birgə təşkilatçılığı ilə 2022-cil 2 mart 20 müxtəlif çap və online mediasını təmsil edən jurnalistlər üçün media nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılması, hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə təlim təşkil edilmişdir.
“İnklüziv təhsil”
2022-ci il 19 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçlığı 2022-ci il 19 aprel tarixində media nümayəndələri üçün "Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi" layihəsi çərçivəsində media nümayəndələrinin inklüziv təhsilin mahiyyəti, qanunvericilik bazası, ölkədə bu istiqamətdə görülən işlər barədə ətraflı məlumatlandırmaq və inklüziv təhsilin mediada daha geniş və düzgün işıqlandırılmasını təşviq etmək məqsədilə inklüziv təhsil mövzusunda seminar keçirilmişdir.
“Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti”
2022-ci il 27 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2022-ci il 27 aprel tarixində media nümayəndələri üçün içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə “Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti”, “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, “İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə”, “İqlim dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri”, “Suyun keyfiyyəti insan sağlamlığı üçün əsas amillərdən biridir”, “Sudan səmərəli istifadə, israfçılığın və qanunsuz qoşulmaların qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzularında təlimlər keçirilmişdir.
“Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçının hüquq və vəzifələri”
2022-ci il 28 aprel
İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 2022-ci il 28 aprel tarixində iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçının hüquq və vəzifələri” mövzularında təlim keçirilmişdir.
“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti”
2022-ci il 19 may
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Ədliyyə Nazirliyi və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə 2022-ci il 19 may tarixində media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilmişdir.
“Mediada gender bərabərliyi və peşəkarlıq”
2022-ci il 02-03 iyun
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 2022-ci il 2-3 iyun tarixlərində media nümayəndələri üçün peşəkarlığın artırılması məqsədi ilə gender bərabərliyi və ayrı-seçkilik mövzularında “Mediada gender bərabərliyi və peşəkarlıq” adlı təlim keçirilmişdir.
“Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı”
2022-ci il 30 iyun
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə 2022-ci il 30 iyun tarixində media nümayəndələri üçün peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib. 30-a yaxın media nümayəndəsinin iştirak etdiyi təlimdə iştirakçılara büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət üzrə vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri barədə geniş məlumat verilib.
Biznes və iqtisadiyyat sahəsi
2022-ci il 17 iyul
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan media nümayəndələri üçün 2022-ci il 17 iyul tarixində 22 iyul - Milli Mətbuat günü ərəfəsində Şuşa şəhərində yay məktəbi formatında iki günlük təlim keçirilmişdir. Jurnalistlər üçün təşkil olunan yay məktəbində Maliyyə Nazirliyi, Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti və İİTKM-in əməkdaşları “Dövlətin büdcə - vergi siyasəti”, “Sosial siyasət”, “Maliyyə-bank sektoru”, “Elektron ticarət” və “İqtisadi artım” mövzularında təlimlər keçib. Tədbirin ikinci gününün sonunda iştirakçı media nümayəndələrinə sertifikatlar, təlimçilərə təşəkkürnamələr təqdim edilib.
“Sənayenin müasir üsullar və yeni texnologiyalarla inkişafı: Sənaye zonaları və aqroparklar”
2022-ci il 22 sentyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 2022-ci il 22 sentyabr tarixində media nümayəndələri üçün “Sənayenin müasir üsullar və yeni texnologiyalarla inkişafı: Sənaye zonaları və aqroparklar” mövzusunda təlim keçirimişdir.
“Azərbaycanda dövlət tərəfindən həyata keçirilən yaşayış maliyyəsi və kredit zəmanət mexanizmləri”
2022-ci il 30 sentyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi və İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı 2022-ci il 30 sentyabr tarixində media nümayəndələri üçün əhalinin mənzil təminatı, habelə sahibkarlığa dəstək sahəsində dövlət siyasətinin ictimaiyyətə daha geniş çatdırılması, ölkədə aparılan media islahatlarına dəstək, eyni zamanda İKZF və media subyektləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə “Azərbaycanda dövlət tərəfindən həyata keçirilən yaşayış maliyyəsi və kredit zəmanət mexanizmləri” mövzusunda təlim keçirilmişdir. Təlimdə “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, “Azərbaycanda ipoteka kreditləşməsi mexanizmi”, “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi”, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə zəmanət və subsidiya verilməsi”, “Elektron ipoteka və kredit zəmanət sistemi: şəffaflıq və əlçatanlıq” mövzularında təqdimatlar edilmişdir.
“Audiovizual media mühitində universal jurnalist”
2022-ci il 10-13 oktyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə telejurnalistlər üçün 2022-ci il 10-13 oktyabr tarixlərində “Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlim proqramı təşkil edilmişdir. Televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılması məqsədilə keçirilən təlimlərdə “Əl-Cəzirə” Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb tərəfindən “mobil jurnalistika”, “video jurnalistika”, “televiziya jurnalistikası”, təkbaşına tam televiziya məzmununun hazırlanması üçün öyrənilməli və əldə edilməli olan bacarıqlar, xəbər otaqlarının işləmə mexanizmi, televiziya istehsalı və xəbər dünyasına daxil olan yeni proqram təminatları və s. mövzularda təlimlər keçirilmişdir.
“Azərbaycanın logistika imkanları. Real vəziyyət və gələcəyə baxış”
2022-ci il 14 noyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin birgə təşkilatçılığı ilə 2022-ci il 14 noyabr tarixində media nümayəndələri üçün Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi əhəmiyyətə malik olan və böyük gələcək vəd edən Azərbaycanın logistik imkanları barədə media təmsilçilərinin dolğun məlumatlanması məqsədilə “Azərbaycanın logistika imkanları. Real vəziyyət və gələcəyə baxış” adlı silsilə sahəvi jurnalistika təliminin növbəti mərhələsi keçirilib. Təlim zamanı media nümayəndələrinə Bakı Limanının və Limanda fəaliyyət göstərən beynəlxalq logistika şirkətlərinin peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”in əhəmiyyəti və onun inkişafı üçün həm Azərbaycan, həm də dəhlizin keçdiyi digər ölkələrdə icra edilən və edilməli olan layihələrlə bağlı məlumat verilib. Eyni zamanda, iştirakçılar “Zəngəzur dəhlizi”nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”in əldə edəcəyi üstünlüklər barədə məlumat verilmişdir.
“Dördüncü Sənaye İnqilabı və Rəqəmsal İqtisadiyyat”
2022-ci il 30 noyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən media nümayəndələri üçün “Dördüncü Sənaye İnqilabı və Rəqəmsal İqtisadiyyat” mövzusunda təlim keçirilmişdir.
“Azərbaycanın xarici siyasət gündəmi”
2022-ci il 06 dekabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 2022-ci il 6 dekabr tarixində media nümayəndələri üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilmişdir.
“Media Menecmenti”
2022-ci il 27-29 dekabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2022-ci il 27-29 dekabr tarixlərində media nümayəndələri üçün Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş Ornela Ramasauskaite tərəfindən Çap mediası subyektlərinin idarə olunması: ənənəvi və müasir dövrdə üsul və alətlər”, “Rəqəmsal media ilə abunəlik modeli”, “Media subyektlərində brendinq, reputasiya və redaksiya üslubunun yaradılması”, “Çap mediasında müasir dizayn üslubları” mövzularında təlim keçirilmişdir.
“Media savadlılığı”
2023-cü il 11 fevral
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi təşkilatçılığı və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dəstəyi ilə 2023-ci il 11 fevral tarixində Şəxsi Heyət Baş İdarəsində “Media savadlılığı” mövzusunda seminar keçirilmişdir. Kütləvi informasiyanın məzmunu, ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə və təhlil qabiliyyəti barədə müzakirələr edilmişdir.
"Effektiv kommunikasiya"
2023-cü il 16 fevral
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşklatçılığı ilə 2023-ci il 16 fevral tarixində AMEA-nın nazirliyin tabeliyinə verilən elmi müəssisə və universitetlərinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri üçün elmi və ali təhsil müəssisələrinin sosial media hesablarının təhlili, kommunikasiya alətlərindən düzgün istifadə, kommunikasiyanın təşkili və digər istiqamətlərlə bağlı bilik, bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə vermək məqsədilə “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilmişdir.
PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
2023-cü il 16 mart
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “PAŞA Həyat Sığorta” ASC -nin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün 2023-cü il 16 mart tarixində təlim təşkil olunub. “Həyat sığortası nədir?” mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Açılış mərasimində çıxış edən PAŞA Həyat şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov PAŞA Həyat haqqında məlumat verib. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova qurumun peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb, həyat sığortası barədə ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. Sonra PAŞA Həyat şirkətinin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov həyat sığortası məhsulları, Anderraytinq və Qiymətləndirmə departamentinin direktoru Bəhruz Hacıyev bu sahələr və Risklərin idarəedilməsi departamentinin direktoru Şahin Mahmudzadə sığorta riskləri haqda təqdimatla çıxış ediblər. Təqdimatlardan sonra media nümayəndələri üçün “PAŞA Həyat” şirkətinin baş ofisinə infotur təşkil olunub.
“Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu”
2023-cü il 9 sentyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə 2023-cü il 9 sentyabr tarixində 30-a yaxın media nümayəndəsi üçün təlim keçirmişdir.
“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar”
2023-cü il 3-4 oktyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 2023-cü il 3-4 oktyabr tarixlərində ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşı üçün müvafiq sahədə fəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılması məqsədilə “Albayrak” Media Qrupunun tərkibindəki “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer, GZT Video redaktoru Abdulkerim Asker və GZT rəqəmsal platformasının kommunikasiya və sosial media qrupunun rəhbəri Suat Özdemirin iştirakı ilə “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsi həyata keçirilmişdir.
“Aqrar sığorta”
2023-cü il 1 noyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondunun birgə təşkilatçılığı ilə Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə 2023-cü il 1 noyabr tarixində media nümayəndələri üçün “Aqrar sığorta” mövzusunda təlimi keçilib.
“Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media”
2023-cü il 16 noyabr
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində 2023-cü il 16 noyabr tarixində media nümayəndələri üçün miqrasiya sahəsində məlumatlılığının artırılması məqsədilə “Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media” mövzusunda seminar keçirilib. Seminar çərçivəsində miqrasiya üzrə əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri, media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili, Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər mövzusunda təqdimatlar edilib.
“Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları”
2023-cü il 27 noyabr
Baş Prokurorluqda media subyektləri və jurnalistlər üçün vətəndaşların operativ və düzgün məlumatlandırılması məqsədilə 2023-cü il 27 noyabr tarixində media nümayəndələri üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təlim keçilib. Təlim çərçivəsində prokurorluq orqanlarında həyata keçirilən kommunikasiya siyasəti barədə ətraflı məlumat verilib, işin səmərəliliyinin artırılması yönündə media nümayəndələrinin təklifləri dinlənilib, o cümlədən mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
“Prezident seçkilərində medianın rol və vəzifələri”
2024-cü il 12 yanvar
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə 2024-cü il 12 yanvar tarixində media nümayəndələri üçün Prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda praktiki seminar keçirilib. seminarda seçkilərin mediada işıqlandırılması, ən mühüm mərhələlərdən biri olan seçkiqabağı təşviqatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər, seçkiqabağı təşviqatı aparmaq hüququna malik olan subyektlər, habelə səsvermə günü prosedurları barədə məlumat verilib.
"Media və İnsan hüquqları"
2024-cü il 28 fevral
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşəbbüsü ilə 2024-cü il 28 fevral tarixində media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib. Təlimdə İnstitutun təlimçi-ekspertləri Gülnaz Ələsgərova və Hamlet Babayev “Media və insan hüquqları” və “Xəbərlərin işıqlandırılması zamanı insan hüquqlarının təmin edilməsi” mövzularını əhatə edən təqdimat modulları ilə çıxış edib. Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Mövzu üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.
"Hakimlərin media ilə qarşılıqlı əlaqəsi"
2024-cü il 01 mart
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Ədliyyə Akademiyası tərəfindən hakimlərin illik tədris planına uyğun olaraq 2024-cü il 01 mart tarixində “Hakimlərin media ilə qarşılıqlı əlaqəsi” mövzusunda distant formada təlim keçilib. 38 hakimin iştirak etdiyi təlimdə cinayət prosesi ilə bağlı məlumatın media vasitəsilə verilməsinə dair prinsiplər, məhkəmə və media münasibətlərində hüquqi maarifləndirmənin əhəmiyyəti, medianın hüquqi tənzimlənməsinin yeni aspektləri və s. barədə məsələlərə toxunulub.
"Kvalifikasiyaların tanınması və ali təhsildə keyfiyyət təminatı"
2024-cü il 9 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə 2024-cü il 9 aprel tarixində media nümayəndələrinin müvafiq sahə üzrə görülən işlər barədə məlumatlandırılması, qarşılıqlı kommunikasiyanın səmərəli qurulması, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətləri barədə informasiyanın ötürülməsində effektiv yanaşmanın tətbiqi, bu sahədə ixtisaslaşmanın həyata keçirilməsinə dəstək göstərilməsi məqsədilə media nümayəndələri üçün təlim təşkil olunub. Təlimdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri “Kvalifikasiyaların tanınması” və “Ali təhsildə keyfiyyət təminatı” mövzularında təqdimatlarla çıxış ediblər.

Qurumların mətbuat xidmətinin təkmilləşdirilməsi

Dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması istiqamətində təşkil edilən təlimlər
“Media və kommunikasiya siyasəti medianın gözü ilə”
2021-ci il 25-26 yanvar
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə 2021-ci il üçün nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar təşkil olunmuşdur. Yerli və xarici mütəxəssislərin iştirakı ilə iki həftə davam seminarlarda “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda nəzəri və təcrübi biliklər paylaşılmışdır.
“Media və kommunikasiya siyasəti medianın gözü ilə”
2021-ci il 02-03 fevral
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə 2021-ci il üçün nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar təşkil olunmuşdur. Yerli və xarici mütəxəssislərin iştirakı ilə iki həftə davam seminarlarda “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda nəzəri və təcrübi biliklər paylaşılmışdır.
“Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili”
2021-ci il 24 sentyabr
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə 2021-ci il 24 sentyabr tarixində dövlət qurumlarının nümayəndələri üçün dövlət qurumları ilə ictimaiyyət arasında sosial medianın müasir kommunikasiya vasitəsi kimi rolunu vurğulamaq, şəffaflıq və açıqlıq prinsiplərini rəhbər tutaraq, vətəndaş məmnuniyyətinin artırılmasını təmin etmək, dövlət qurumları tərəfindən bu platformalardan məqsədyönlü və səmərəli şəkildə istifadə edilməsini, ictimaiyyətin proseslərə cəlb edilməsini, iştirakçılığını və əks-əlaqəni təşviq etmək məqsədilə “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilmişdir.
“Media və kommunikasiya siyasəti medianın gözü ilə”
2022-ci il 18-20 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2022-ci il 18-20 aprel tarixlərində dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə növbəti “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar təşkil olunmuşdur.
“Media və kommunikasiya siyasəti medianın gözü ilə”
2022-ci il 25-27 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2022-ci il 25-27 aprel tarixlərində dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə növbəti “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar təşkil olunmuşdur.
“Media və kommunikasiya siyasəti medianın gözü ilə”
2022-ci il 11 may
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 2022-ci il 11 may tarixində dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə növbəti “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar təşkil olunmuşdur.
Mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən master-klass
2022-ci il 01-03 noyabr
MTM (Media Təhlil Mərkəzi) Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə 2022-ci il 1-3 noyabr tarixlərində ölkədə həyata keçirilən media islahatlarına töhfə vermək, medianın hazırki dinamik mühitdə inkişafını təşviq etmək, jurnalistlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə peşəkar mətbuat ofisinin təşkili; jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması; onların suallarına vaxtında dəqiq cavab verilməsi; Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb saytın təşkili; inandırma psixologiyası və digər aktual mövzularda master-klass təşkil edilmişdir.
Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klas
2023-cü il 03-05 may
Media Tәhlil Mәrkәzi tərəfindən Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, ADA Universitetinin dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə 2023-cü il 03-05 may tarixlərində dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün növbəti dəfə master-klasa təşkil edilmişdir.
"Uğurlu kommunikasiya strategiyasının qurulması və böhran vəziyyətlərində kommunikasiya"
2023-cü il 10 mart
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində 2023-cü il 10 mart tarixində gənclər təşkilatlarının PR menecerləri üçün Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva tərəfindən “Uğurlu kommunikasiya strategiyasının qurulması və böhran vəziyyətlərində kommunikasiya” adlı təlim keçirilib. Təlim zamanı PR menecerin rolu, MPR-nin məqsədləri, jurnalistika və PR, onların ortaq və fərqli cəhətləri, “RACE” modeli kimi mövzularda ümumi müzakirələr aparılmışdır.
"Sosial media"
2023-cü il 15 mart
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində 2023-cü il 15 mart tarixində gənclər təşkilatlarının PR menecerləri üçün Rəqəmsal Marketinq eksperti Samir Mehdiyevin iştirakı ilə baş tutan təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə “Sosial media bizə nə verir?”, “Sosial medianın ənənəvi mediadan üstünlükləri”, “Sosial media hesablarında düzgün reklamı necə verək”, “Targetinq nədir?” kimi suallara cavab tapdıq, qaranlıq qalan məqamlar ətrafında geniş müzakirələr aparılıb.
“Müasir trendlər”
2023-cü il 09 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində 2023-cü il 09 aprel tarixində gənclər təşkilatlarının PR menecerləri üçün 2023-cü il 09 aprel tarixində “Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucovun iştirakı ilə ənənəvi və müasir media siyasəti, müasir trendlər, medianın inkişaf prespektivləri kimi mövzular ətrafında müzakirələr aparılmışdır.
“Natiqlik”
2023-cü il 20 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində 2023-cü il 20 aprel tarixində gənclər təşkilatlarının PR menecerləri üçün əməkdar artist, teleaparıcı Nərgiz Cəlilova tərəfindən uğurlu nitq normaları, informasiyanın düzgün çatıdırılması yolları, natiqlik kimi mövzular ətrafında interaktiv müzakirələr aparılmış, həmçinin praktiki məşqlər həyata keçirilmışdir.
“PR və kommunikasiya strategiyasının düzgün qurulması”
2023-cü il 02 may
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində 2023-cü il 02 may tarixində gənclər təşkilatlarının PR menecerləri üçün kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə xarici ekspert Tatyana Ravalli PR və kommunikasiya strategiyasının düzgün qurulması, sosial media hesablarının analizi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
"Böhran kommunikasiyası"
2024-cü il 25-26 aprel
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə dövlət orqan və qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün silsilə təlimlər çərçivəsində növbəti təlim “Böhran kommunikasiyası” mövzusunda 2024-cü il 25-26 aprel tarixlərində keçirilib. Media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən və uğurlu mentorlarından biri, “High Park Communications” media şirkətinin təsisçisi və direktoru Kolin Gibson “Böhranın müəyyən edilməsi”, “Böhran zamanı planlaşdırma”, “Böhran zamanı medianın idarə edilməsi və müxtəlif tərəflərlə düzgün kommunikasiya strategiyası”, “Böhran zamanı sosial medianın rolu”, “Ssenari planlaşdırılması”, “Ssenari üzrə fəaliyyət”, “Nəticələr üzrə müzakirə” adlı sessiyalarda çıxış edərək kommunikasiya mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparıb. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.