1. “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının 1.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
   1. “Jurnalist vəsiqəsinin forması” təsdiq edilsin (1 nömrəli əlavə).
   2. “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
   3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 oktyabr 2022-ci il
№ 385
2. “Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının 1.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Media Reyestri şəhadətnaməsinin forması” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 sentyabr 2022-ci il

№ 375
3. “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri 

 

Bakı şəhəri, 2 mart 2016-cı il

                    № 100

4. "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri 

 

Bakı şəhəri, 1 fevral 2007-ci il

                    № 22

5. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun qüvvəyə minməsi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1996-cı il tarixli 438 nömrəli sərəncamına əsasən Nazirlər Kabineti qərara alır:

  1. Əsərin qeydiyyatı haqqında şəhadətnamənin nümunəsi və verilmə qaydası təsdiq edilsin (Əlavə 1).
  2. Azərbaycan Respublikası ərazisində tətbiq olunan müəllif müqavilələrinin nümunəsi təsdiq edilsin (Əlavə 1).
  3. Ədəbiyyat və incəsənət əsərlərindən istifadənin bəzi növlərinə görə müəllif qonorarının minimum miqdarları və hesablanması qaydaları təsdiq edilsin (Əlavə 3-8).
  4. Televiziya və radio verilişlərinin, televiziya filmlərinin və digər televiziya və radio əsərlərinin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları təsdiq edilsin (9 nömrəli əlavə).[1]
  5. “Dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi Qaydaları” təsdiq edilsin (10 nömrəli əlavə).[2]
  6. Müəyyən edilsin ki, müəllif qonorarının bu qərarın 3-cü bəndində müəyyən edilmiş miqdarları 3 yanvar 1997-ci il tarixdən tətbiq olunur.[3]
  7. 7. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının qorunması üçün əlaqəli hüquq obyektlərindən istifadəyə görə minimum miqdarlar haqqında müvafiq təklif hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri 

 

Bakı şəhəri, 2 may 1997-ci il

    № 38