MEDİAlab Layihəsi haqqında

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə gənclərin öz potensiallarını kəşf etmələri və media sahəsində mövcud tendensiyalara uyğun rəqəmsal media bacarıqlarını inkişaf etdirmələri, bu istiqamətdə ekosistemin əsas tərəfdaşları kimi media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə töhfə verilməsi, müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşmasına kömək göstərilməsi üçün 2 komponentdən ibarət olan maarifləndirmə və bacarıqların inkişafını əhatə edən “MEDİAlab” layihəsi həyata keçirilir.

  • Maarifləndirmə - gənclərin rəqəmsal media mühitinin tələblərinə uyğun nəzəri biliklərlə təkmilləşdirilməsi istiqamətində seminar, təlim, vörkşop və şəbəkələşmə tədbirlərinin təşkili
  • Bacarıqların inkişafı - Media sahəsində innovasiya, texnologiya, rəqəmsallaşma istiqamətində gənclərdə bacarıqların inkişaf etdirilməsi istiqamətində müxtəlif layihə, proqram və müsabiqələrin təşkili

Layihə çərçivəsində gənclərin rəqəmsal media mühitinin tələblərinə uyğun nəzəri biliklərinin təkmilləşdirilməsi üçün seminar, təlim və şəbəkələşmə tədbirlərinin, həmçinin media sahəsində innovasiya, texnologiya, rəqəmsallaşma istiqamətində gənclərdə praktik bacarıqların inkişaf etdirilməsi üçün müxtəlif layihə, proqram və müsabiqələrin təşkili nəzərdə tutulur.

/01
Media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığını təmin etmək
/02
Təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasını dəstəkləmək
/03
Rəqəmsal media bacarıqlarını təkmilləşdirmək
/04
Potensialı yüksək gənclərin media sahəsində aktivliyini təmin etmək
/05
Müvafiq sahədə kadr potensialını artırmaq

Fəaliyyətimiz

2022-ci ilin oktyabr ayından başlayan “MEDİAlab” layihəsi çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə yerli və xarici mütəxəsislərin iştirakı ilə 30-a yaxın təlim, seminar, master-klass, vörkşop və şəbəkələşmə tədbirləri keçirilir.

Müraciət et