Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən gənclərin jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin formalaşdırılması, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə yerli və xarici təlimçilərin iştirakı ilə “Jurnalistikada konvergensiya” və “Mediada rəqəmsal imkanlar” mövzularında 2 moduldan ibarət müxtəlif alt mövzularda panel sessiya və təlimləri əhatə edəcək “İnnoMEDİA” layihəsi həyata keçirilir.
İnnoMEDİA Layihəsi haqqında
Fəaliyyətimiz
5 gün müddətində davam edən “İnnoMEDİA” layihəsi çərçivəsində yerli və xarici təlimçilərin iştirakı ilə gənclərin peşəkar və şəxsi inkişafı istiqamətində müxtəlif mövzularda təlimlər təşkil edilir.
Müraciət et
Keçirilmiş tədbirlər
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, yerli və xarici təlimçilərin iştirakı ilə jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsi məqsədilə 50 nəfərə yaxın gəncin iştirakı ilə “Jurnalistikada konvergensiya” və “Mediada rəqəmsal imkanlar” mövzularında 2 moduldan ibarət “İnnoMEDİA” layihəsinin açılış mərasimi keçirilmişdir.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 20 dekabr tarixində “ASAN Radio”nun direktoru Emin Musəvi tərəfindən iştirakçılara “Ənənəvi və rəqəmsal mediada jurnalistika” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı texnoloji təkamülün media mühitinə kompleks təsiri və ənənəvi media məzmunlarının rəqəmsal formaya inteqrasiyası, bunun nəticəsində medianın təsir dairəsinin genişlənməsi, həmçinin onun ictimai platformaya çevrilməsi barədə məlumat verilmişdir. Sonda interaktiv müzakirə sessiyaları olmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 21 dekabr tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova tərəfindən iştirakçılara Agentlik tərəfindən reallaşdırılan layihələr, çap mediası məhsullarının rəqəmsal yayım platforması olan “E-köşk”, rəqəmsal dövrdə mediada hiss edilən ehtiyaclar və bu istiqamətdə həyata keçirilən inkişaf proqramları haqqında ətraflı məlumat verilmişdir.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 21 dekabr tarixində tanınmış teleaparıcı Nərgiz Cəlilova tərəfindən iştirakçılara televiziya jurnalistikasının əsasları, nitq və efir mədəniyyəti, bu sahədə olan yeniliklər haqqında məlumat verilmişdir. Seminar interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılmış, eyni zamanda iştirakçıların ünvanladığı suallar qonaq tərəfindən cavablandırılmışdır.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 22 dekabr tarixində “Kapital Bank”ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə tərəfindən iştirakçılara media auditoriyasının genişləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolundan, inkişaf perspektivlərindən, İKT və media arasında qarşılıqlı təsirindən danışılmışdır.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 22 dekabr tarixində Bakı Media Mərkəzinin fotoqrafı Vüqar İbadov tərəfindən iştirakçılara fotojurnalistika janrları, kompozisiyanın qurulması, fotojurnalistin hadisəyə münasibəti, müəlliflik hüququnun qorunması və sənədli fotohekayənin düzgün təqdim edilməsi haqqında ətraflı məlumat verilmişdir.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 23 dekabr tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu tərəfindən iştirakçılara internetdə dolğun və düzgün məlumatlar axtarmaq, xəbərlərin doğruluğunun bir neçə mənbədən təsdiq edilməsi, media auditoriyası üçün kontentlər yaratmaq haqqında ətraflı məlumat verilmişdir.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 23 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova tərəfindən iştirakçılara ənənəvi PR və rəqəmsal PR-ın fərqlərindən, rəqəmsal PR çalışmalarında istifadə olunan alətlərdən, korporativ mədəniyyətdən, marka kimliyindən, PR və media arasında qarşılıqlı təsirdən danışılmışdır.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 25 dekabr tarixində “Araz FM” radiosunun musiqi redaktoru, aparıcı Elnarə Sadıqova tərəfindən iştirakçılara müasir dövrdə istehlakçıların tələblərinə cavab verən kontentlərin hazırlanması, yeni rəqəmsal alətlərdən istifadə edərək dinləyici kütləsinin artırılması, radionun üstünlükləri haqqında danışılmışdır. Sonda interaktiv müzakirə sessiyaları olmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır
“İnnoMEDİA” layihəsi çərçivəsində 2022-ci il 25 dekabr tarixində “Araz FM” radiosunun musiqi redaktoru, aparıcı Elnarə Sadıqova tərəfindən iştirakçılara müasir dövrdə istehlakçıların tələblərinə cavab verən kontentlərin hazırlanması, yeni rəqəmsal alətlərdən istifadə edərək dinləyici kütləsinin artırılması, radionun üstünlükləri haqqında danışılmışdır. Sonda interaktiv müzakirə sessiyaları olmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır
Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən və davamlı xarakter daşıyan “İnnoMEDİA” layihəsinin 2023-cü il 17 oktyabr tarixində növbəti mövsümünün açılış mərasimi keçirilimişdir. İki moduldan ibarət layihənin birinci modulu “Jurnalistikada konvergensiyası” mövzusunu əhatə etmişdir. “İnnoMEDİA” layihəsinin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli tərəfindən müasir cəmiyyətin hər bir sahəsinə nüfuz edən texnoloji tərəqqinin media sənayesinə də ciddi təsir göstərdiyi, müvafiq sahədə köklü dəyişikliklərə səbəb olduğu, yeni media məhsulları və xidmətləri yaratdığı, bir sözlə, virtual və mürəkkəb media mühiti üçün yeni imkanlar təqdim etdiyini bildirərək yeni reallıq şəraitində layihənin xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2023-cü il 17 oktyabr tarixində ADA Universitetinin Kommunikasiya və Rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva tərəfindən iştirakçılara müasir media mühiti, “Gündəmin qurulması nəzəriyyəsi”, dezinformasiya və sosial şəbəkələrin müxtəlif istiqamətlərdə təsirləri, media savadlılığı meyarları haqqında ətraflı məlumat verilmiş, interaktiv müzakirələr aparılmışdır.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2023-cü il 18 oktyabr tarixində Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndarova tərəfindən Agentlik tərəfindən reallaşdırılan rəqəmsal layihələr, müasir dövrdə mediada müşahidə edilən tendensiyalar və ehtiyaclara uyğun həyata keçirilən inkişaf proqramları, mediada innovasiyaların təşviqi üçün yaradıcı düşünmə texnikaları haqqında ətraflı məlumat verilmişdir.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2023-cü il 18 oktyabr tarixində hərbi jurnalist Fərdin İsazadə tərəfindən “fake nyus”la mübarizə və təhlükəsizlik məsələləri, mobil jurnalistika mövzularında təlim keçirilmişdir. İştirakçılara hərbi əhəmiyyətli məlumatların paylaşılması qaydaları izah edilmiş, Vətən müharibəsi dövründə hərbi jurnalistlərin fəaliyyəti və müharibə ilə bağlı hazırlanan qısametrajlı filmlər barədə interaktiv müzakirələr aparılmışdır.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2023-cü il 19 oktyabr tarixində Xəzər Media Mərkəzinin direktorunun müşaviri Teymur Məmmədov Qərb ölkələrinin mediasının informasiya ötürülməsi zamanı istifadə etdiyi texnikalara dair təcrübəsini bölüşmüş, kopirayterliyin yaranma tarixi, özəllikləri və ölkə üzrə inkişafı, jurnalistika və kopiraytinqin kəsişmə nöqtəsi, rəqəmsal jurnalistika haqqında ətraflı məlumat vermişdir.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2023-cü il 19 oktyabr tarixində “Kapital Bank”ın İnnovasiya Proqramının rəhbəri Tariyel Ağazadə tərəfindən media subyektlərinin auditoriyasının genişləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu, inkişaf perspektivləri, İKT və media arasında qarşılıqlı təsir mövzuları ətrafında iştirakçılara məlumat verilmişdir. Layihə çərçivəsində keçirilmiş növbəti görüşdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndəsi Ruslan Zeynalzadə tərəfindən 4SİM, sənayedə təhlükəsizlik, 4-cü sənaye inqilabı dövründə texnologiyalar və onların tətbiq sahələri, sənaye avadanlıqlarının texniki xidmətinin avtomatlaşdırılması, süni intellekt haqqında ətraflı məlumat verilmişdir.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2023-cü il 20 oktyabr tarixində “PAŞA Holding”in Korporativ Akselerasiya Mərkəzinin baş məsləhətçisi Tuğra Musayeva tərəfindən iştirakçılara Holdinqin daxili və xarici innovasiyalar istiqamətində fəaliyyəti, korporativ rəqəmsal transformasiyanın əhəmiyyəti, innovasiya mədəniyyətinin təşviq edilməsində medianın rolu, media və innovasiya ekosistemləri arasındakı əlaqədən danışılmışdır.
“İnnoMEDİA” layihəsi çərçivəsində 2023-cü il 20 oktyabr tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Hökumət layihələrinin və məhsullarının idarəolunması departamentinin müdiri Elnur Məmmədli tərəfindən iştirakçılara görüş zamanı rəqəmsal transformasiya və onun təsirləri, rəqəmsal transformasiyanın üç təməl istiqaməti olan insan kapitalı, innovasiya və rəqəmsal hökumət haqqında ətraflı məlumat verilmişdir.
“İnnoMEDİA” layihəsinin 2023-cü il 20 oktyabr tarixində bağlanış mərasimi keçirilmiş və Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova texnologiyanın inkişafı ilə dinamik dəyişən media sahəsində yeni tendensiyaların öyrənilməsi və mediada rəqəmsal imkanların dəyərləndirilməsinin əhəmiyyətini vurğulanmışdır. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.