1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1987-1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil almışdır.

2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır. 

2022-ci ildə Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını bitirmişdir.

Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlamışdır.

2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi vəzifəsində işləmişdir.

2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləmişdir.

2018-2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır.

2020-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru olmuşdur.

2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” ilk ərazi təşkilatına sədrlik etmişdir.

2019-cu ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin ekspertidir.

2021–2026-cı illərdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsində çalışmışdır.

2026-cı il 8 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Gəmiçilik sahəsində xidmətlərə görə” medalları, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.

İngilis, rus və türk dillərini bilir.

Ailəlidir, 1 övladı vardır.

Ismayilov Ehmed Mehemmed oglu

İsmayılov Əhməd Məhəmməd oğlu

Media və Yayım Şurasının sədri