Çap mediası subyektlərinə dəstək layihəsi üzrə müsabiqə
Çap mediası subyektlərinə dəstək layihəsi üzrə müsabiqə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi, qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi, ümumilikdə medianın inkişafının təşfiq edilməsi məqsədilə dövri olaraq təşkil edilir.
Müsabiqə ictimai-siyasi (məzmununun əksər hissəsi ümumilikdə xəbərlərdən, ictimai, siyasi, sosial, iqtisadi, humanitar və s. mövzuların işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan) qəzetlər arasında keçirilir. Müsabiqədə iştirak etmək istəyən ictimai-siyasi qəzetlər:
- Media Reyestrinə daxil edilmiş olmalıdır;
- müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;
- yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
- “Media haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə cavab verməlidir;
- redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.
Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilməmiş qəzet redaksiyaları üçün:
- qəzetin məsul redaktorunun və ya təsisçisinin ərizəsi (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (əlavə olunur);
- Media Reyestri şəhadətnaməsi;
- vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə;
- hüquqi şəxs olduqda qəzet redaksiyasının nizamnaməsi;
- müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış;
- mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayış;
- qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri) (Müsabiqə elan olunan günədək son 12 ay üzrə);
- qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd (Müsabiqə elan olunan günədək son 12 ay üzrə);
- qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr (Müsabiqə elan olunan günədək son 12 ay üzrə);
- qəzetin müvəkkil bankın möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş aktiv bank hesabı üzrə rekvizitlərini əks etdirən sənəd;
- qəzet redaksiyanın yaradıcı heyətinin ən azı beş nəfərdən ibarət olması və eyniadlı veb-saytının isə bir nəfər məsul redaktor, bir nəfər jurnalist, bir nəfər texniki işçi yaxud bir nəfər məsul redaktor, iki nəfər jurnalist olmaqla ən azı üç nəfərdən ibarət redaksiya heyətinə malik olmasını təsdiq edən çap olunma tarixi Müsabiqəyə müraciətdən ən geci 7 (yeddi) gün əvvələ qədərki dövrə aid olan əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlər);
- qəzetin müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrəsi.
Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyalarından tələb olunan sənədlər:
- qəzetin məsul redaktorunun və ya təsisçisinin ərizəsi (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır);
- qəzet redaksiyanın yaradıcı heyətinin ən azı beş nəfərdən ibarət olması və eyniadlı veb-saytının isə bir nəfər məsul redaktor, bir nəfər jurnalist, bir nəfər texniki işçi yaxud bir nəfər məsul redaktor, iki nəfər jurnalist olmaqla ən azı üç nəfərdən ibarət redaksiya heyətinə malik olmasını təsdiq edən çap olunma tarixi Müsabiqəyə müraciətdən ən geci 7 (yeddi) gün əvvələ qədərki dövrə aid olan əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlər);
- qəzetin müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrəsi.
Müsabiqəyə müraciət sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə aparılır.
Qəzet nömrələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
- Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;
- Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
- Qalib elan olunan qəzetin məsul redaktorunun və ya təsisçisinin müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat, ikinci ayından etibarən isə 3000 (üç min) manat məbləğində vəsait ayrılır;
- Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
- Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur.
- Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyə yardımı göstərilən hər nömrədə (həftədə bir nömrəsinə maliyyə yardımı göstərilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsinə maliyyə yardımı göstərilən qəzetlər isə həftədə beş dəfə olmaqla) aşağıdakı sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin hazırlanaraq dərc olunmasını təmin edirlər.