Müsabiqə ictimai-siyasi (məzmununun əksər hissəsi ümumilikdə xəbərlərdən, ictimai, siyasi, sosial, iqtisadi, humanitar və s. mövzuların işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan) qəzetlər arasında keçirilir. Müsabiqədə iştirak etmək istəyən ictimai-siyasi qəzetlər:
- mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;
- müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;
- yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
- “Media haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə cavab verməlidir;
- redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.