VI Umumdunya Medeniyyetlerarasi Dialoq Forumu cercivesinde Medianin Inkisafi Agentliyi ve Medeniyyet Nazirliyinin birge teskilatciligi ile “Sosial media: medeniyyetler ve insanlar arasinda korpu ve ya sedd?” adli panel kecirilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Medianın İnkişafı Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” adlı panel keçirilib

Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Forum çərçivəsində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyevanın moderatorluğu ilə “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” adlı panel təşkil olunub.

Şəfəq Mehrəliyeva çıxışında bildirib ki, rəqəmsallıqla xarakterizə edilən bir dövrdə sosial media platformaları ünsiyyət, qarşılıqlı əlaqə və məlumatın yayılması üçün güclü bir alətdir. Sosial media insanları coğrafi və mədəni sərhədlər boyunca birləşdirmək potensialına malik olduğu kimi, bölünmələri, stereotipləri və qütbləşməni də gücləndirə bilər.

Paneldə xarici və yerli spikerlərin iştirakı ilə “Mədəniyyətlərarası Ünsiyyətdə Sosial Medianın Rolu”, “Mədəni Mübadilə İmkanları”, “Çətinliklər və Risklər”, “Mədəniyyətlərarası Anlaşmanın Təşviqi”, “Tənzimləmə və Etik Mülahizələr” kimi mövzularda müzakirələr aparılıb, sosial medianın mədəniyyətlərarası əlaqələrin formalaşmasında, həmçinin insanlar və mədəniyyətlər arasında körpünün yaradılmasında rolu barədə danışılıb.

1 / 6