Metbuat xidmetlerinin rehberleri ucun “Bohran kommunikasiyasi” movzusunda iki gunluk telim basa catib

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda iki günlük təlim başa çatıb

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda keçilən iki günlük təlim başa çatıb.

Təlimin keçilməsində məqsəd dövlət orqan və qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması olub. 

Media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən və uğurlu mentorlarından biri, “High Park Communications” media şirkətinin təsisçisi və direktoru Kolin Gibson “Böhranın müəyyən edilməsi”, “Böhran zamanı planlaşdırma”, “Böhran zamanı medianın idarə edilməsi və müxtəlif tərəflərlə düzgün kommunikasiya strategiyası”, “Böhran zamanı sosial medianın rolu”, “Ssenari planlaşdırılması”, “Ssenari üzrə fəaliyyət”, “Nəticələr üzrə müzakirə” adlı sessiyalarda çıxış edərək kommunikasiya mütəxəssisləri ilə sözügedən mövzularda ətraflı müzakirə aparıb.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar

1 / 6