Medianin Inkisafi Agentliyinin kollektivi Xocali soyqiriminin 32-ci ildonumu ile elaqedar “Ana harayi” abidesini ziyaret edib

Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

1 / 2