Medianin Inkisafi Agentliyinde ATET-in Demokratik Tesisatlar ve Insan Haqlari Burosunun Secki Musahide Missiyasinin numayendeleri ile gorus kecirilib

Medianın İnkişafı Agentliyində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirilib

13 avqust 2024-cü il tarixində Medianın İnkişafı Agentliyində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və media analitiki Kira Kalinina ilə görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media landşaftı, bu sahədə həyata keçirilən islahatların gedişatı, Agentliyin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb.

Görüş zamanı, həmçinin 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə medianın fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb.

1 / 2