Medianin Inkisafi Agentliyi Riqada kecirilen "Qelem qilincdan qudretlidir? Ifade azadligina ve jurnalistlerin tehlukesizliyine qarsi bugunku cagirislara cavab" movzusunda konfransda temsil olunub

Medianın İnkişafı Agentliyi Riqada keçirilən "Qələm qılıncdan qüdrətlidir? İfadə azadlığına və jurnalistlərin təhlükəsizliyinə qarşı bugünkü çağırışlara cavab" mövzusunda konfransda təmsil olunub

Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri Latviyanın AŞ-nin birgə təşkilatçılığı ilə Riqada keçirdiyi "Qələm qılıncdan qüdrətlidir? İfadə azadlığına və jurnalistlərin təhlükəsizliyinə qarşı bugünkü çağırışlara cavab" mövzusunda konfransda, eyni zamanda konfrans çərçivəsində təşkil olunan AŞ-nin 2022-2027-ci illər üçün Jurnalistlərin təhlükəsizliyi kampaniyası üzrə milli əlaqələndiricilərin görüşündə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq işçi qrupunun rəhbəri Rasim Bağırov iştirak edib.

Qeyd edək ki, görüşün əsas məqsədi iştirakçı üzv dövlətlər arasında koordinasiya, qarşılıqlı əlaqə və kampaniyanın uğurla həyata keçirilməsi üçün zəmin yaratmaq olub. Görüş milli mərkəzlərə kampaniyanın katibliyi və müvafiq həmkarları ilə dialoq qurmaq  və  jurnalistlərin üzləşdiyi təhlükəsizlik problemlərinin həllinə birgə yanaşmanı təmin etmək imkanı verib.

1 / 3