“Media savadliligi” heftesi cercivesinde Samaxida konulluler ucun “Media savadliligi” movzusunda telim kecilib.

“Media savadlılığı” həftəsi çərçivəsində Şamaxıda könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim keçilib.

Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi Rəhbərinin müavini və media savadlılığı üzrə ekspert Feyza Gizligider regionlarda yaşayan 100-ə yaxın gənc üçün media savadlılığı mövzusunda təlim keçmişdir.

Qeyd edək ki, keçirilən təlimin məqsədi gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, onlarda media savadlılığı ilə bağlı fərqindəliyin artırılması, dezinformasiyaya qarşı mübarizədə və rəqəmsal media mühitində məlumat təhlükəsizliyinin təminində gənclərin potensialından istifadə olunmasıdır.

Təlimin sonunda könüllülərə sertifikatlar təqdim edilib.

1 / 8