“MEDIA Konullu”lerine tesekkurnameler teqdim edilib

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edilib

20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun təşkilində fəal iştirak edən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb.

Təşəkkürnamələri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim edərək, Forumun uğurla keçirilməsində könüllülərin əhəmiyyətli rolu olduğunu qeyd edib. O, Forum müddətində böyük əzm və iradə ilə çalışan könüllülərin işini yüksək qiymətləndirərək, onlara peşə və karyera inkişafı ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Könüllülər isə Forumla bağlı öz təəssüratlarını bölüşüb, gördükləri işlər barədə məlumat veriblər. Sonda isə “MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, 50 ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun iştirak etdiyi 2-ci Şuşa Qlobal Media Forumunda iştirakçılar üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər baş tutub, çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.

1 / 4