MEDIA Agentliyinde TURKSOY Media Mukafatina layiq gorulmus qonaqlarla gorus kecirilib

MEDİA Agentliyində TÜRKSOY Media Mükafatına layiq görülmüş qonaqlarla görüş keçirilib

11 dekabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyində ölkəmizdə səfərdə olan “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində  TÜRKSOY Media Mükafatına layiq görülmüş qonaqlarla görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qonaqları salamlayaraq son illər ərzində media sahəsində qarşılıqlı əməkdaşlığın xüsusilə inkişaf etdiyini bildirib, Agentliyin türkdilli dövlətlərin müvafiq qurumlarıyla həyata keçirdiyi müxtəlif layihələr, həmçinin fikir və təcrübə mübadiləsi məqsədilə təşkil edilən qarşılıqlı səfərlər barədə məlumat verib, ortaq tarixi-mədəni ənənələri və mənəvi dəyərləri paylaşan türkdilli xalqların müasir dünyanın informasiya məkanında da birgə fəaliyyətinin olduqca mühüm rol oynadığını vurğulayıb.

Qonaqlar Türk dünyası çərçivəsində media və jurnalistika sahəsində əməkdaşlığın intensiv inkişafının əyani şahidi olduqlarını, 2023-cü ilin iyul ayında Şuşa şəhərində təşkil edilmiş Qlobal Media Forumunda həmin dövlətlərin geniş tərkibdə iştirakının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Görüş zamanı türk dövlətlərinin media sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

1 / 2