Istanbulda Azerbaycan ve Turkiyenin ortaq media platformasi “www.dhapress.com”un teqdimati olub

İstanbulda Azərbaycan və Türkiyənin ortaq media platforması “www.dhapress.com”un təqdimatı olub

Azərbaycanın “Trend” Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu “Demirören” İnformasiya Agentliyinin birgə layihəsi çərçivəsində İstanbulda Azərbaycan və Türkiyənin ortaq media platforması “www.dhapress.com”un təqdimatı olub.

Tədbirdə iştirak edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında Azərbaycan mediasının son dövrlərdəki inkişafı, iki qardaş ölkə arasında belə bir platformanın yaradılmasının əhəmiyyəti, saxta xəbərlərə qarşı birgə mübarizənin vacibliyi, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə mediasının daim Azərbaycanın yanında olması haqqında danışıb.

1 / 3