“Hakimlerin media ile qarsiliqli elaqesi” movzusunda distant formada telim kecilib

“Hakimlərin media ilə qarşılıqlı əlaqəsi” mövzusunda distant formada təlim keçilib

01 mart 2024-cü il tarixində Hakimlərin illik tədris planına uyğun olaraq Ədliyyə Akademiyasında hakimlər üçün “Hakimlərin media ilə qarşılıqlı əlaqəsi” mövzusunda distant formada təlim keçilib.

38 hakimin iştirak etdiyi təlimdə Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli məruzələrlə çıxış ediblər.

Məruzələr zamanı cinayət prosesi ilə bağlı məlumatın media vasitəsilə verilməsinə dair prinsiplər, məhkəmə və media münasibətlərində hüquqi maarifləndirmənin əhəmiyyəti, medianın hüquqi tənzimlənməsinin yeni aspektləri və s. barədə məsələlərə toxunulub.

Hakimlərin böyük marağına səbəb olan təlim diskussiya və fikir mübadiləsi şəklində davam edib.

 

1 / 2