Forumun istirakcilari Susa seherinin tarixi mekanlari ile tanis olublar

Forumun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar

2-ci Şuşa Qlobal Media Forumunun qonaqları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanında olublar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri qonaqlara bu heykəllərin və şəhərin tarixi irsi barədə dolğun məlumat veriblər.

Bundan sonra iştirakçılar Xurşidbanu Natəvanın evini və Xan qızı bulağını, Bülbülün ev-muzeyini, Yuxarı Gövhərağa məscidini, Qazançı kilsəsini ziyarət ediblər. Sonra onlar Cıdır düzündən açılan mənzərəni seyr edərək, Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında məlumat alıblar. Forum iştirakçıları, həmçinin Dövlət Xidmətləri Mərkəzi ilə də tanış olublar.

Sözügedən ekskursiyalar Şuşanın zəngin tarixi və mədəni irsini, eləcə də şəhərin yenidənqurma işlərini nümayiş etdirmək məqsədilə təşkil edilib.

1 / 8