Forumda iqlim herekati ve etraf muhitin qorunmasinda medianin rolu meseleleri ile bagli fikir mubadilesi aparilib

Forumda iqlim hərəkatı və ətraf mühitin qorunmasında medianın rolu məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

2-ci Şuşa Qlobal Media Forumunun sonuncu panel müzakirəsi  “İqlim hərəkatı və media” mövzusuna həsr olunub.

Qlobal problemlərdən sayılan iqlim hərəkatında medianın rolu, yaşıl dünya naminə effektiv məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti Riqa TV24 və Radio Latviyanın aparıcı və prodüseri Ansis Bogustovsun moderatorluğu ilə “Arabian Gulf Business Insight” xəbər portalının baş redaktoru Francis Martin Kane, “Berliner Zeitung” qəzetinin İcraçı direktoru Holger Friedrich, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və Böyük Britaniyanın (Şotlandiya) “Methinks” şirkətinin Enerji təhlükəsizliyi üzrə mütəxəssisi John Roberts tərəfindən müzakirə olunub.

Panel sessiya zamanı vurğulanıb ki, dünyada iqlim dəyişmələrinin qarşısının alınması, ekoloji sabitliyin və tarazlığın yaradılması, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişafın təşviq edilməsi və bu istiqamətdə əhəmiyyətli nəticələrin əldə olunmasında media böyük rol oynayır. Bu səbəbdən media və kommunikasiya vasitələrinin mövcud proseslərdə düzgün istifadə edilməsi, hədəf auditoriyaya hesablanan təsirli mesajları ötürməsi, kütləvi fərqindəlik və məsuliyyət hisslərini formalaşdırması iqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi zəruridir.

2-ci Şuşa Qlobal Media Forum çərçivəsində Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə çıxış edərək iştirakçılara ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

 

1 / 8