Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə uyğun olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyətində əsas götürdüyü istiqamətlərdəndir.
Qabaqcıl texnologiyaların sürətli inkişafı, qlobal informasiya mühitinin modernləşməsi, ənənəvi çap mediasında yeni texnologiyaların tətbiqini və rəqəmsallaşmanı zəruri edir, eyni zamanda müvafiq sahə üçün uzunmüddətli inkişaf perspektivləri yaradır. Yeni media mühitinin ehtiyaclarının və müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq hazırlandığı “E-köşk” portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Plaforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaradır.
“E-köşk” portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.