COP29-un isiqlandirilmasinda aktiv istirak edecek ingilisdilli jurnalistler ucun teskil olunan “Dayaniqli inkisaf ve iqlim deyisikliyi media prespektivinde” movzusunda telim proqraminin birinci merhelesi yekunlasib

COP29-un işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün təşkil olunan “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media prespektivində” mövzusunda təlim proqramının birinci mərhələsi yekunlaşıb

Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda təlim proqramının birinci mərhələsi yekunlaşıb.

İngilis dilində təşkil olunan təlimin ikinci günündə bərpa olunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç “Dayanıqlı inkişaf anlayışı”, “İqlim dəyişikliyi, bərpa olunan mənbələr və dayanıqlılıq üzrə hesabatlar” adlı sessiyalarda çıxış edib, qeyd olunan istiqamətlər üzrə media nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi, təlimçi Əhməd Hümbətov isə “Azərbaycanın enerji siyasəti: neft və qaz kəmərlərindən yaşıl enerji dəhlizlərinə doğru”, “İqlim dəyişikliyi dalğası ilə hərəkət etmək: Azərbaycan bunun öhdəsindən necə gəlir?” mövzusunda sessiyalarda jurnalistlərə əhatəli məlumat verib.

Proqramın bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, birgə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimdə media nümayəndələrinə ölkəmizdə keçiriləcək COP29-la bağlı müxtəlif  istiqamətlərdə verilən informasiyalar gələcəkdə tədbirin işıqlandırılması zamanı keyfiyyətli kontentin yaradılmasında əhəmiyyətli rol oynayacaq.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə vurğulayıb ki, bu müddət ərzində işktirakçılarla birlikdə iqlim dəyişikliyinin səbəbləri, nəticələri və qarşısının alınması metodları müzakirə edilib, təlim olduqca effektiv fikir mübadiləsi ilə yadda qalıb.

Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

1 / 8