“COP29 silsile muhazireleri” cercivesinde “Ekoloji qida ve biz” movzusunda muhazire bas tutub

“COP29 silsilə mühazirələri” çərçivəsində “Ekoloji qida və biz” mövzusunda mühazirə baş tutub

Bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində ekoloji qida və onun ətraf mühitə olan təsirləri ilə bağlı Medianın İnkişafı Agentliyi və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi növbəti “COP29 mühazirəsi” baş tutub.

Layihənin budəfəki qonağı Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov “Ekoloji qida və biz” mövzusunda çıxış edib.

Mühazirə zamanı Tahir Əmiraslanov bildirib ki, ekoloji qida yalnız insan sağlamlığı üçün deyil, həm də təbiət və ətraf mühit üçün son dərəcə vacibdir. Bununla yanaşı, ekoloji təmiz məhsulların istehsalı və istifadəsi ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mühazirəçi əlavə edib ki, ətraf mühitə ziyan vurmayan, təbii resurslardan səmərəli istifadə edən və tullantıların minimuma endirilməsini təmin edən qida istehsalı, həm də gələcək nəsillərə yaşıl dünyanın miras qoyulmasına töhfə verəcək.

Qeyd edək ki, COP29-la bağlı mühazirələr silsilə xarakter daşıyır.

1 / 1