16 Dekabr 2024
Bu gündən etibarən “Media Savadlılığı” Həftəsinə start verilir
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində:
- maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
- mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı;
- Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili;
- “ASAN Radio”da “Smart Media” layihəsinin icrası;
- media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi;
- Bakı şəhəri üzrə orta təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi;
- ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi;
- ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.
Gəlin doğru məlumatı fərqləndirməyə və media savadlı cəmiyyət qurmağa dəstək olaq, çünki MƏLUMATIN DOĞRULUĞU HAMIMIZIN MƏSULİYYƏTİDİR!