Basliq: Medianin Inkisafi Agentliyinin emekdaslari Ebu-Dabide kecirilen Qlobal Media Konqresinde istirak edibler

Başlıq: Medianın İnkişafı Agentliyinin əməkdaşları Əbu-Dabidə keçirilən Qlobal Media Konqresində iştirak ediblər

Noyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində II Qlobal Media Konqresi öz işinə başlayıb. 20-dək ölkədən 170-dən çox məruzəçinin iştirak etdiyi və 36 ölkəyə məxsus 180-dən çox sərgi stendinin qurulduğu Qlobal Media Konqresində Medianın İnkişafı Agentliyinin əməkdaşları iştirak ediblər.

Konqres “Rəqəmsal kommunikasiya”, “Süni intellekt”, “Qabaqcıl texnologiyalar və media sektorunda innovasiyalar” , “Mediada dayanıqlı inkişaf”, “İdman mediası”, “Gənclər, təhsil və medianın gələcəyi” və s. mövzuları əhatə edib.

Qlobal Media Konqresinin keçirilməsində əsas məqsəd beynəlxalq mediada inkişafın sürətləndirilməsi, media sahəsində mübadilə platformasının yaradılması, qlobal miqyasda əlaqələrin daha da təkmilləşdirilməsi və yeni media mühitində innovativ həllərin təşviq edilməsidir.

Qeyd edək ki, konqres çərçivəsində 30-dan çox ixtisaslaşmış seminar təşkil olunub.

1 / 2