AZERTAC ile Vyetnamin VNA agentliyi emekdasliq muqavilesini yenileyib

AZƏRTAC ilə Vyetnamın VNA agentliyi əməkdaşlıq müqaviləsini yeniləyib

Şuşada keçirilən 2-ci Qlobal Media Forumu çərçivəsində iyulun 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vyetnamın VNA agentliyinin baş direktorun müavini xanım Doan Thi Tuyet Nhung ilə görüşüb.

Görüşdə iki agentlik arasında əməkdaşlığın genişləndirilməsi ətarında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, AZƏRTAC və VNA uzun illərdir səmərəli tərəfdaşlıq edir, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə, media sahəsində əlaqələrin genişlənməsinə töhfə verir.

Danışıqlar zamanı hər iki agentlik müasir dövrün çağırışları, texnologiyanın sürətli inkişafını, media sahəsinin transformasiyasını nəzərə alaraq əməkdaşlığın yeni müstəviyə çıxarılmasını müzakirə edib. Bu məqsədlə AZƏRTAC və VNA arasında əməkdaşlıq müqaviləsinin yenilənməsi barədə razılıq əldə olunub. Bununla da, bu iki agentlik arasında foto və video da daxil olmaqla daha geniş informasiya mübadiləsini həyata keçirmək və dezinformasiya ilə birgə mübarizə aparmaq imkanları artırılacaq.

1 / 3