Azerbaycan Respublikasinin Medianin Inkisafi Agentliyinin Icraci direktoru Ehmed Ismayilov ile Ozbekistan Respublikasi Prezidenti Administrasiyasi yaninda Informasiya ve Kutlevi Kommunikasiya Agentliyinin bas direktoru Asadjan Xocayev arasinda ikiterefli gorus kecirilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib

Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 5-ci toplantısı çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayevarasında ikitərəfli görüş keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, həmçinin, “AzərbaycanRespublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, Özbəkistan tərəfi ənənə halını alması planlaşdırılan Şuşa Qlobal Media Forumunda iştirakdan məmnunluğunu ifadə edərək növbəti forumlarda da iştirakda maraqlı olduqlarını dilə gətirib.

1 / 2