Azerbaycan numayende heyeti Ozbekistan Mudafie Nazirliyinin metbuat xidmetinin fealiyyeti ile tanis olub

Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyəti ilə tanış olub

Özbəkistana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub və qurumun mətbuat xidmətinin fəaliyyəti ilə yaxından tanış olub. Görüş zamanı tərəflər informasiya təhlükəsizliyi, hərbi sahədə ictimaiyyətlə əlaqələrin təşkili, eləcə də strateji kommunikasiya məsələləri, gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar. Qonaqlar, həmçinin Nazirliyin nəzdində yaradılmış studiyaya baxış keçirib, burada mövcud texniki imkanlar və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.

Sonra “Qələbə parkı” abidə kompleksi və “Şan-şərəf” Muzeyi ziyarət olunub.

 

1 / 8