4-cu Susa Qlobal Media Forumunda “Suni intellekt dovrunde sosial media ve etik cerciveler” movzusunda tekbetek formatli muzakire kecirilib

4-cü Şuşa Qlobal Media Forumunda “Süni intellekt dövründə sosial media və etik çərçivələr” mövzusunda təkbətək formatlı müzakirə keçirilib

4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Süni intellekt dövründə sosial media və etik çərçivələr” mövzusunda təkbətək formatlı müzakirə təşkil olunub.

“AnewZ” beynəlxalq televiziya kanalının rəqəmsal məzmun yaradıcısı Əlisultan Sultanzadənin moderatorluğu ilə keçirilən müzakirədə LinkedIn şirkətinin dövlət sektoru və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancy qeyd edib ki, süni intellekt texnologiyalarının sürətli və intensiv inkişafı fonunda sosial media istifadəçilərinin məzmun yaratmaq və paylaşmaq imkanları genişlənsə də, belə platformaların süni intellektin yaratdığı yeni çağırışlara nə dərəcədə hazır olması aktual məsələlərdən biri olaraq qalır. O bildirib ki, geniş kütləni əhatə edən, insanların əsas ünsiyyət və informasiya mübadiləsi platforması kimi fəaliyyət göstərən sosial şəbəkələrdə süni intellektin müxtəlif istiqamətlərdə tətbiqi etik çərçivələrin təkmilləşdirilməsi ilə bağlı yeni yanaşmaları ön plana çıxarıb.

Müzakirə zamanı süni intellekt texnologiyalarının sosial media ekosisteminə təsiri, etik çərçivələrin formalaşdırılması, məlumatların qorunması və rəqəmsal mühitdə məsuliyyətli davranış prinsipləri ətrafında fikir mübadiləsi aparılıb.

1 / 5