4-cu Susa Qlobal Media Forumunda “Etimadin berpasinda media diplomatiyasi ve media savadliliginin rolu” movzusunda panel muzakire kecirilib

4-cü Şuşa Qlobal Media Forumunda “Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu” mövzusunda panel müzakirə keçirilib

4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu” mövzusunda panel müzakirə təşkil olunub.

“AnewZ” beynəlxalq televiziya kanalının aparıcı Dilek Tuna moderatorluğu ilə keçirilən panel müzakirəsində İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin baş katibi Zaid AlNawaiseh bildirib ki, şəffaf, məsuliyyətli və etik media fəaliyyəti beynəlxalq münasibətlərdə etimadın möhkəmləndirilməsinə, gərginliyin azaldılmasına və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir. O vurğulayıb ki, media diplomatiyası dövlətlər və xalqlar arasında kommunikasiya körpüsü yaradaraq qarşılıqlı anlaşmanın inkişafına xidmət edir, media savadlılığı isə cəmiyyətin informasiyanı tənqidi qiymətləndirmək, dezinformasiyaya qarşı dayanıqlılığını artırmaq və qlobal informasiya məkanında sağlam ictimai rəy formalaşdırmaq baxımından əsas təminat mexanizmlərindən biridir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibinin müavini Zhang Ling isə bildirib ki, müasir informasiya mühitində etimadın möhkəmləndirilməsi və dayanıqlı kommunikasiya ekosisteminin formalaşdırılması media diplomatiyası ilə media savadlılığının bir-birini tamamlayan istiqamətlər kimi inkişafını zəruri edir. Onun sözlərinə görə, institusional əməkdaşlığın genişləndirilməsi, beynəlxalq standartlara uyğun normativ-hüquqi çərçivənin təkmilləşdirilməsi və sistemli maarifləndirmə siyasətinin həyata keçirilməsi bu iki istiqamət arasında səmərəli sinerji yaradır.

Panel müzakirə zamanı informasiya mübadiləsinin təşviqi, dezinformasiyaya qarşı mübarizədə media savadlılığının rolu və qlobal informasiya mühitində etimadın bərpası istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyəti ətrafında fikirlər bölüşülüb.

1 / 7