15 İyul 2026
4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın zəngin tarixi-mədəni irsinə və memarlıq abidələrinə həsr olunmuş sərgi nümayiş olunub
4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın zəngin tarixi-mədəni irsinə və memarlıq abidələrinə həsr olunmuş sərgi nümayiş olunub.
Sərgi ilə tanış olan forum iştirakçılarına MEDİA könüllüləri tərəfindən Azərbaycanın tarixi-memarlıq abidələri, onların memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti, eləcə də mühafizəsi, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni irs nümunələrinin bərpa və konservasiyası istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən genişmiqyaslı dövlət proqramları və beynəlxalq əməkdaşlıq təşəbbüsləri xarici qonaqların diqqətinə çatdırılıb.


