2-ci Susa Qlobal Media Forumu cercivesinde “Dezinformasiyanin turizm sektoruna tesiri” movzusunda “Fireside chat” formatinda muzakire teskil olunub

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Dezinformasiyanın turizm sektoruna təsiri” mövzusunda “Fireside chat” formatında müzakirə təşkil olunub

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində xarici səyyahların, turizm yazarlarının iştirakı ilə “Dezinformasiyanın turizm sektoruna təsiri” mövzusunda “Fireside chat” formatında müzakirə təşkil olunub. 

Görüşdə çıxış edən “Azerbaijan The Mark Elliott Guide” kitabının müəllifi, “The Caspian Post”da səyahət və turizm yazarı Mark Elliott Forum çərçivəsində təşkil olunan bu müzakirədə iştirak etdiyindən çox məmnun olduğunu diqqətə çatdıraraq bildirib ki, çağdaş dövrdə dezinformasiya müxtəlif sahələrə olduğu kimi turizm sektoruna da mənfi təsir göstərə bilər. O qeyd edib ki, təhlükəsizlik məsələləri haqqında yalan məlumatlar müəyyən bölgələrə olan turistik axınları azalda bilər. Bununla yanaşı, iqlim dəyişikliyi və ekoloji problemlər barədə yayılan yanlış informasiyalar insanların səyahət planlarına və ekoturizmə olan maraqlarına təsir edir.

İnteraktiv formatda keçən müzakirədə müxtəlif platformalarda istifadəçilərin dezinformasiyaya cəlb edilməsinin qarşısının alınması, strateji dezinformasiyanın cəmiyyətə təsiri, onunla effektiv mübarizə üsullarının inkişaf etdirilməsi, eyni zamanda süni intellektin rəqəmsal media sahəsində müsbət və mənfi nəticələri, bu növ texnologiyaların inkişaf mərhələsi, həmçinin dayanıqlı medianın ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasında, ekoloji tarazlığın bərpa olunmasında və təşviqində dominant qüvvə olması haqqında ətraflı təcrübə və fikir mübadiləsi aparılıb.

1 / 1