Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək layihəsi elan edir!

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək layihəsi elan edir!

08.06.2022

Müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər. 

Müsabiqədə iştirak üçün:

– veb-saytın google analytics hesabına yazılı giriş icazəsi təqdim edilməli

– “metrix” veb-təhlil alətinin skripti veb-saytın mənbə kodunda yerləşdirmiş olmalıdır 

Müsabiqəyə müraciət tələb olunan sənədlərin Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir. 

Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin
(veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 2 (iki) məqaləsi, həmçinin veb-saytın dizaynı üzrə aparılır.

Ən yuxarı göstəricili 2 (iki) məqalənin, həmçinin veb-saytın dizaynının qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir. 

Maliyyə yardımının göstərilməsi:

– Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir 

Maliyyə yardımından istifadə:

– Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir

Müsabiqəyə müraciət qəbulu 16 iyun 2022-ci il saat 18:00-dək davam edəcəkdir.

Onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi üzrə müsabiqə qaydalari ilə burdan tanış ola bilərsiniz.