İlk “MEDİA könüllüləri” proqramının hesabatı

İlk “MEDİA könüllüləri” proqramının hesabatı

22.11.2021

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birinci könüllülük proqramı uğurla yekunlaşıb. 

2021-ci ilin sentyabr-noyabr aylarını əhatə edən proqramın məqsədləri media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, mediada yenilikçi texnologiyaların tətbiqini və rəqəmsal transformasiyanı stimullaşdırmaq, gənc media həvəskarları arasında yaradıcı potensialı və innovativ təşəbbüskarlığı artırmaq olub.

Proqram çərçivəsində könüllülər media savadlılığı, müasir jurnalistikaya baxış, media sahəsində effektiv kommunikasiyanın qurulması, televiziya aparıcılığının əsasları, xəbər otağının iş prinsipləri və digər mövzularda 30-a yaxın fərdi və peşəkar inkişaf təlimlərində, əlavə olaraq 10-a yaxın yerli və beynəlxalq tədbirlərdə iştirak ediblər. 

Təcrübə proqramı müddətində MEDİA könüllüləri İctimai Televiziya və Radio Yayımları Şirkəti və “Report” İnformasiya Agentliyində təşkil edilən təcrübə proqramınında iştirak ediblər.

Qeyd edək ki, proqram müddətində MEDİA könüllüləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvlüyünə qoşularaq müxtəlif sosial aksiyalar və tədbirlərdə də yer alıb.

İlk “MEDİA könüllüləri” proqramının hesabatı ilə buradan tanış ola bilərsiniz