
İcraçı direktor Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
Sentyabrın 15-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb. Görüş zamanı Əhməd İsmayılov ölkədə gənclərin inkişafı istiqamətində görülən işlərdən, könüllülük hərəkatının müxtəlif sahələrə verdiyi töhfələrdən və yaratdığı müsbət nəticələrdən, media sahəsində kadr potensialının artırılmasından danışıb. Əhməd İsmayılov müasir informasiya şəraitində mütəxəssislərin hazırlanmasında media təhsilinin mühüm əhəmiyyət kəsb etdiyini, təcrübi biliklərin artırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. O, gənclərə media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu sahədə MEDİA Agentliyi tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.
Görüş struktur bölmə rəhbələri və könüllülər arasında müzakirə ilə davam edib.
Qeyd edək ki, MEDİA könüllüləri proqramının məqsədi media sahəsində mütəxəssislər hazırlamaq, gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaqdır.









