Kommunikasiya

Şuşa Qlobal Media Forum çərçivəsində Avropanın aparıcı informasiya agentliklərini birləşdirən “Central Europe Report” layihəsi təqdim olunub
23 İyul, 2023

Şuşa Qlobal Media Forum çərçivəsində Avropanın aparıcı informasiya agentliklərini birləşdirən “Central Europe Report” layihəsi təqdim olunub

23 iyul tarixində Şuşa Qlobal Media Forum çərçivəsində Avropanın aparıcı informasiya agentliklərini özündə birləşdirən “Central Europe Report” (www.cereport.eu) layihəsi təqdim olunub.

Layihə “Festung News & Media GmbH” (Avstriya) şirkətinin direktoru Altay Ələsgərov, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandr Giboi və Milli Məclisin deputatı Sevil Mikayılova tərəfindən təqdim edilib.

Bildirilib ki, CE-Report portalı Avropa İttifaqında siyasət, iqtisadiyyat və mədəniyyət xəbərləri ilə yanaşı, Mərkəzi və Şərqi Avropadan ümumi xarakterli xəbərlər də dərc edəcək. Həmçinin vurğulanıb ki, platforma Mərkəzi Avropanın aparıcı informasiya tədarükçülərini bir araya gətirmək məqsədi daşıyır.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol