Kommunikasiya

Şuşa Qlobal Media Forum çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin Demirören İnformasiya Agentliyinin birgə layihəsi olan "www.dhapress.com"un təqdimatı olub
22 İyul, 2023

Şuşa Qlobal Media Forum çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin Demirören İnformasiya Agentliyinin birgə layihəsi olan "www.dhapress.com"un təqdimatı olub

22 iyul tarixində Şuşa Qlobal Media Forum çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un təqdimatı həyata keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Azərbaycan ilə Türkiyə daim birlikdə addımlayan, informasiya məkanında da biri-birinə dəstək olan dost və qardaş ölkələrdir. O vurğulayıb ki, 44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyə Azərbaycana hərtərəfli dəstək göstərib. İnformasiya cəbhəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediası böyük rol oynayıb. Cavid Musayev qeyd edib ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ölkələrimiz arasında media əlaqələrinin möhkəmləndirilməsinə ciddi təkan verib.

Qeyd edək ki, Şuşa Qlobal Media Forum çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un üstünlüklərindən biri odur ki, ilk dəfə olaraq Azərbaycan xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol