Kommunikasiya

Şuşa Qlobal Media Forum işini sessiyalarla davam etdirib
23 İyul, 2023

Şuşa Qlobal Media Forum işini sessiyalarla davam etdirib

Şuşa Qlobal Media Forumun üçüncü günü “Yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk nyusla mübarizə üsulları)” mövzusunda interaktiv panel müzakirə ilə başlayıb.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçən sessiyada PA Media Qrupun Baş icraçı direktoru Clive Marshall, “DigiTips“ Şirkətinin təsisçisi və baş icraçı direktoru Matthias Lüfkens, müdafiə analitiki Oubai Shahbandar və Gürcüstanın İctimai Televiziyasının Baş direktoru Tinatin Berdzenishvili çıxış ediblər.

Natiqlər mediada şəffaflıq, doğrulama və etibar, mərkəzləşdirmə, açıq məlumat mənbələri kimi bir çox məsələlərin araşdırılmasının bu günün və gələcəyin media istehsalı və istehlakı məsələlərində  xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Panel sessiyanın iştirakçıları media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol