Kommunikasiya

Şuşa Qlobal Media Forumun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar
22 İyul, 2023

Şuşa Qlobal Media Forumun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar

Şuşa Qlobal Media Forumun iştirakçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanında olublar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara şəhər və güllələnmiş heykəllər barədə ətraflı məlumat veriblər.

Daha sonra qonaqlar Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhərağa məscidi, Qazançı kilsəsi ilə tanış olub, Cıdır düzündən açılan mənzərəni seyr ediblər. Həmçinin, qonaqlara Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə gedən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol