
10 May, 2023
Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın kollektivi Fəxri Xiyabanı ziyarət edib
10 may tarixində Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.







