Kommunikasiya

Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan media nümayəndələri ilə görüş keçirilib
05 Mart, 2023

Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan media nümayəndələri ilə görüş keçirilib

Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Müdafiə Nazirliyində müxtəlif informasiya agentliklərinin hərbi vətənpərvərlik mövzusunda yazılar hazırlayan bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

Görüşdə jurnalistlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, hərbi mövzuda yazıların məzmunu və hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən jurnalistlərə hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.

Sonda media subyektləri ilə mövcud əməkdaşlığa və perspektivdə duran məsələlərə dair təkliflər dinlənilib.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol