Kommunikasiya

MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
24 Yanvar, 2023

MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin üçüncü könüllülük proqramı uğurla yekunlaşıb. 

Oktyabr-yanvar aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub. Proqram çərçivəsində könüllülər fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalar və layihələrdə iştirak edib, həmçinin MEDİA Agentliyinin tədbirlərinin təşkilinə dəstək göstəriblər.

Üçüncü könüllülük proqramının yekunlaşması ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol