Kommunikasiya

“İnnoMEDİA” layihəsi çərçivəsində növbəti seminarlar keçirilib
23 Dekabr, 2022

“İnnoMEDİA” layihəsi çərçivəsində növbəti seminarlar keçirilib

“İnnoMEDİA” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu ilə "Mediada saxta kontent və növləri: Məlumat qaynaqlarının düzgün tapılması" və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin  müdiri Elvira Rüstəmova ilə "Korporativ kimliyin formalaşması və rəqəmsal məhsulların mediada təqdimatı" mövzularında seminarlar baş tutub.

Vüqar Zifəroğlu iştirakçılara internetdə dolğun və düzgün məlumatlar axtarmaq, xəbərlərin doğruluğunun bir neçə mənbədən təsdiq edilməsi, media auditoriyası üçün kontentlər yaratmaq haqqında ətraflı məlumat verib. Elvira Rüstəmova iştirakçılara ənənəvi PR və rəqəmsal PR-ın fərqlərindən, rəqəmsal PR çalışmalarında istifadə olunan alətlərdən, korporativ mədəniyyətdən, marka kimliyindən, PR və media arasında qarşılıqlı təsirdən danışıb.

Seminar interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb və iştirakçıların ünvanladığı suallar qonaqlar tərəfindən cavablandırılıb.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol