Kommunikasiya

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR  PLANI
28 Noyabr, 2022

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Sıra

№-si

Tədbirin adıİcra müddətiİcraçı orqanlar (qurumlar)
1“Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Xarici İşlər Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

Gənclər və İdman Nazirliyi,

Mədəniyyət Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,

Diasporla İş üzrə Dövlət Komitəsi,

Heydər Əliyev Mərkəzi

2Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Xarici İşlər Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi,

Medianın İnkişafı Agentliyi,

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC),

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti,

Heydər Əliyev Mərkəz

3Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Mədəniyyət Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

yerli icra hakimiyyəti orqanları

aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə

4Azərbaycan Respublikasının şəhər və rayonlarında “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Mədəniyyət Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

Gənclər və İdman Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,

yerli icra hakimiyyəti orqanları

aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə

5Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Xarici İşlər Nazirliyi

6Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilməsi2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Diasporla İş üzrə Dövlət Komitəsi

7Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin təşkili2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Xarici İşlər Nazirliyi,

Mədəniyyət Nazirliyi

8“Heydər Əliyev İli” çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkili2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Gənclər və İdman Nazirliyi

9“Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,

Dövlət Reklam Agentliyi,

Heydər Əliyev Mərkəzi,

yerli icra hakimiyyəti orqanları

10Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Elm və Təhsil Nazirliyi,

Mədəniyyət Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

11Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi

2023-cü il

may–iyun

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Elm və Təhsil Nazirliyi,

Maliyyə Nazirliyi

12Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Elm və Təhsil Nazirliyi,

tabeliyində təhsil müəssisəsi olan aidiyyəti dövlət orqanları (qurumları)

13

“Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi

14

Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

mərkəzi və yerli icra hakimiyyəti orqanları

aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə

15Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi

2023-cü il

yanvar–may

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Azərbaycan Respublikasının Milli Məclisi (tövsiyə olunur)

16Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması2023-cü il mart–may

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

17

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması

2023-cü il

fevral–may

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur)

18Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi

2023-cü il

may

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

 

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol