Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə 2021-ci il 1-5 avqust tarixlərində Əl Cəzirə Media Şəbəkəsi Azərbaycan media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı təşkil edilmişdir. Proqram çərçivəsində media nümayəndələri üçün “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması”, “Xəbər toplamaqda riskin qiymətləndirilməsi”, “Ballistik təhlükə”, Şəxsi təhlükəsizlik”, “Zərərçəkənlərin qiymətləndirilməsi”, “Nümayiş və İctimai Qarışıqlıq”, “Minalar və əldə hazırlanmış partlayıcı qurğular haqqında məlumat”, “Yara və qanaxmanın idarə olunması”, “Səyahət Təhlükəsizliyi”, “Hava Hücumu və dron haqqında məlumat”, “Bədəndə yaranmış qırıq hallarının idarə olunması”, “Yanğının idarə olunması”, “Qaçırılma və Xüsusi risklər”, “Praktiki və Təlim Reviziyası”, “Planlaşdırma və Risk qiymətləndirmə Testi”, “Yekun Praktiki Ssenari test” mövzularında təlimlər keçirilmişdir.