MEDİA könüllüləri

MEDİA könüllüləri haqqında

”MEDİA könüllüləri” Proqramı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə müvafiq olaraq həyata keçirilir. Proqram medianın inkişafı prosesində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların icrasında gənclərin potensialından səmərəli istifadə edilməsi, onların bilik və bacarıqlarının artırılması, gənclərin ölkə üzrə şəbəkələşməsinin və sosiallaşmasının dəstəklənməsi məqsədilə 15 sentyabr 2021-ci il tarixindən təşkil edilir.

“MEDİA könüllüləri” Proqramının əsas missiyası medianın inkişafının gənclərin təşəbbüsləri əsasında təqdim olunan layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini və müvafiq prosesdə aktiv iştirakını təmin etməklə yanaşı, mütəmadi olaraq savadlı, müasir, dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı gənclərin şəxsi və peşəkar inkişaflarına töhfə verməkdir.

Məqsədlərimiz

/ 01
Media sahəsinin inkişafı prosesinə dəstək olmaq
/ 02
İnformasiya cəmiyyətinə keçidi sürətləndirmək və mediada innovasiyaların tətbiqini stimullaşdırmaq
/ 03
Gənc media həvəskarları arasında yaradıcı təşəbbüskarlığı artırmaq
/ 04
Medianın inkişafında gənclərin ideya və layihələrinin reallaşdırılmasını dəstəkləmək
/ 05
Potensialı yüksək gənclərin media sahəsində aktivliyini təmin etmək

Fəaliyyətimiz

3 ay müddətində davam edən “MEDİA könüllüləri” Proqramı çərçivəsində iştirak edən könüllülər üçün “Jurnalistikanın əsasları”, ”Media savadlılığı”, “Rəqəmsal jurnalistika”, “Mediada etika” və jurnalistika ilə əlaqəli digər peşəkar inkişaf təlimləri, eləcə də “Stresin və vaxtın idarə edilməsi”, “Liderlik bacarıqları”, “Yaradıcı düşünmə”, “Nitq mədəniyyəti” və bir çox müxtəlif mövzuları əhatə edən şəxsi inkişaf təlimləri təşkil edilir. Əlavə olaraq “MEDİA könüllüləri” proqramı çərçivəsində könüllülər müxtəlif media subyektlərində 1 aya qədər təcrübə keçirlər.
videoplay

MEDİA Könüllü ol!

Əgər Sən də media sahəsində yaradılan imkanlardan yararlanmaq istəyirsənsə Bizə qoşul!
Müraciət et
MEDİA Könüllü ol!

Ən son xəbərlər

Bütün xəbərlərarr
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı06 Dekabr 2022Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıİl ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş MEDİA könüllüləri diplomla təltif edilib06 Dekabr 2022İl ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş MEDİA könüllüləri diplomla təltif edilibMedianın İnkişafı Agentliyinin noyabr ayı üzrə hesabatı06 Dekabr 2022Medianın İnkişafı Agentliyinin noyabr ayı üzrə hesabatı

Yeniliklərdən xəbərdar ol