“6 Sözlük Əhvalat” Müsabiqəsi

"Ədibin Evi"nin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə keçirdiyi “6 Sözlük Əhvalat” müsabiqəsi 

 

“Six-Word Story”

 

Dünya ədəbiyyatında tanınan bu janr amerikalı yazıçı və jurnalist Ernest Heminquey tərəfindən gündəmə gətirilmişdir. Onun mərc gələrək yazdığı altı sözlük hekayə "For sale: baby shoes, never worn" - "Satılıq uşaq çəkmələri, heç vaxt geyinilməyib" bu janrın ilk nümunələrindən biri hesab edilir. O vaxtdan bəri məşhur yazıçının təcrübəsindən ilham alan bir çox yazıçılar məhdud sayda sözlə təsirli hekayələr yaratmağa çalışıblar.

Qeyd olunan ədəbi meyil müasir kommunikasiya üslublarına uyğundur. Belə ki, informasiya texnologiyaları təkamülünün gətirdiyi yeni platformalar yazıçıları qısa məzmunla daha çox fikir çatdırmaq məcburiyyəti qarşısında qoyur.

Bədii söz dəryasında maraqlı sujet, hadisə və obrazları qələmə almaq üçün yığcam, konkret və lakonik yazı üslubundan istifadə etmək xüsusi bacarıq tələb edir. Burada yazıçının müşahidə qabiliyyəti, yaradıcı və tənqidi düşüncə tərzi ilə yanaşı, zəngin söz ehtiyatı da sınağa çəkilir. Bunu isə əsl ədib istedadına malik yazıçılar etməyə müvəffəq olur.

"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu Medianın İnkişafı Agentliyi  və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə Azərbaycan ədəbiyyatında "kiçik hekayənin böyük ustası" kimi tanınan görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş “6 Sözlük Əhvalat” müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

Müsabiqə dövründə iştirakçılara yaradıcı prosesdə dəstək məqsədilə iki vebinar keçiriləcək və münsiflər heyətinin ilkin seçim mərhələsindən keçən əhvalatlar 1 dekabr 2022-ci il tarixindən etibarən ictimaiyyətə təqdim ediləcək.

Müsabiqənin qalibləri 16 dekabr 2022-ci il tarixində “Ədibin Evində” münsiflər heyəti tərəfindən mükafatlandırılacaqlar.

 “6 Sözlük Əhvalat” müsabiqəsi 10 müəllifi qalib elan edəcək. Hər qalibə 100 manat pul mükafatı və hədiyyələr təqdim olunacaq.

Əlavə et

Yeniliklərdən xəbərdar ol